Xəbər verdiyimiz kimi, İlham Əliyevin Sərəncamı ilə Qusar rayonunun icra başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.
Metbuat.az onun dosyesini təqdim edir:
Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Ailəlidir, 1 oğlu, 2 qızı vardır.