DMX-nin rəisi Türkiyənin daxili işlər naziri ilə görüşdü

Paytaxt Ankarada səfərdə olan Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiriliyi məlumat yayıb.

“Ankarada səfərdə olan Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya ilə görüşüb. Tərəflər iki ölkə vətəndaşlarının qarşılıqlı hərəkətliliyi və ikitərəfli əməkdaşlığa dair məsləhətləşmələr aparıblar”, – diplomatik missiyanın sosial şəbəkə hesabında diqqətə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı