Müəllimlərdən pul tələb edən bağça müdiri ilə bağlı qərar verildi

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə yayılmış məlum səs yazısı ilə əlaqədar “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozduğu üçün adıçəkilən şəxsə Əmək Məcəlləsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə Metbuat.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bağçanın fəaliyyəti nəzarətə götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı