Məhkəmə Alimpaşa Məmmədova bu qədər cəza istədi


Şəmkir rayonun keçmiş icra başçısı Alimpaşa Məmmədovun Gəncə Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib.

Metbuat.az-ın Report-a istinadən məlumatına görə, məhkəmədə dövlət ittihamçısı yenidən çıxış edərək təqsirləndirilən Alimpaşa Məmmədovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimin qərarı ilə Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.

Vəkillərin xahişi ilə hakim Alimpaşa Məmmədovun son söz deməsi üçün vaxt verib.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR