Axşam bu yeməyi yemək şəkər yaradır

Azərbaycanda 40% əhali metobolik pozulmadan əziyyət çəkir və diabetə yaxındır.

Metbuat.az Medicina.az-a istinadən xəbər verir ki,endokrinoloq Oksana Panova axşam yeməyi tövsiyələrini verib.

“Deyirlər, şam yeməyini düşməninə ver. Bu fikir düzgün deyil. Axşam yeməyindən imtina metobolizmi zəiflədir, piy toxumasının artmasına səbəb olur.

Bədən forması və sağlamlığa maksimum faydalı olan axşam yeməyinə bunları seçin:

- Zülal tərkibli qidalar – toyuq, hinduşka, balıq əti, yağsız mal əti, yumurta.

- Qarnir kimi göyərti, tərəvəzlər, təzə salat.

Bu qidaları isə axşam yeməyin:

- Kartof, düyü, makaron, sadə karbohidratlar, xəmir yeməkləri – mədəaltı vəzinin işini pozur.

Şəkərli diabet və piylənməyə yol açır.

Kalori bombası olan un məmulatı, şirniyyat, keks qəti olmaz, onlar qanda şəkəri kəskin artırır.

Duzlu və hisə verilmiş qidalar bədəni şişirdir, mayeni özündə tutur.

Müxtəlif sous, ketçup, mayonez metobolizmi pozur, yuxuya getməyə mane olur.

Axşam şirin yoqurt, şirin meyvələr də yaxşı fikir deyil”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı