120 milyon insan bu səbəbdən evlərinə qayıda bilmir - Rəqəmlər artır

Dünyada 120 milyon insan müharibə, zorakılıq və təqiblər səbəbindən evlərinə qayıda bilməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Agentliyinin (UNHCR) verdiyi məlumatda bildirilib. Hesabatda vurğulanıb ki, Qəzza, Sudan və Myanmada daha çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Bu səbəbdən köçkünlərin sayı rekord həddə çatıb. Köçkünlərin sayının Yaponiya əhalisinə bərabər olduğu vurğulanıb.

Köçkünlərin sayı12 il, məcburi köçkünlərin sayı isə 2012-ci ildən bəri üç dəfə artıb.

2023-cü ilin sonunda 117 milyonu keçən məcburi köçkünlərin sayı bu ilin ilk 4 ayında artmaqda davam edərək 120 milyona çatıb. Bu əhalinin təxminən yarısı başqa ölkələrdə yaşamaq üçün mübarizə aparır.

Oktyabrın 7-də başlayan Qəzza müharibəsi 1,7 milyon insanı evsiz qoyub. Rusiyanın-Ukrayna müharibəsi nəticəsində Ukraynada evlərini tərk edənlərin sayına əlavə 750 min adam əlavə edilib. İşğal başlayandan ölkə daxilində didərgin düşənlərin sayı 3,7 milyon nəfərə çatıb, 6 milyon nəfər isə ölkəni tərk edib.

Hesabatda Suriya məcburi köçləri birinci yerdədir. Müharibədən əvvəl 21 milyon əhalisi olan ölkənin yarıdan çoxu, təxminən 14 milyon insanın yaşadığı məhəlləni tərk etməli olub.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı