"Builki buraxılış imtahanlarının nəticələri ötən illərlə müqayisədə daha yaxşıdır"

"Builki buraxılış imtahanlarının nəticələri ötən illərlə müqayisədə daha yaxşıdır".

Metbuat.az xəbər verir ki, bu sözləri Asan TV-yə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, keçirilən imtahanlarda ana dilindən sıçrayış gördük:

"Ortastatistik abituriyentin göstəriciləri təxminən 15 bal artıb. Riyaziyyat fənnindən isə nəticələr beş-altı bal artıb. Lakin hələ istədiyimiz səviyyədə deyil", - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı