Bu ölkənin başçısı Putinə 2 ov iti hədiyyə etdi - FOTO

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə ölkəyə səfəri zamanı iki ov iti hədiyyə edib.

Metbuat.az-ın xəbərinə görə, bu məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.

Sözügedən itlərin nadir pungsan cinsinə aid olduğu bildirilir.


Qeyd edək ki, V.Putin iyunun 18-19-da Şimali Koreyada səfərdə olub. Səfər çərçivəsində Rusiya və Şimali Koreya arasında strateji tərəfdaşlıq haqqında yeni müqavilə imzalanıb.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiyaya səfər edərək Vladimir Putinlə görüşmüşdü. O bu zaman rusiyalı həmkarını ölkəsinə səfərə dəvət etmiş və dəvət qəbul edilmişdi.

kim-cen-in-putine-2-ov-iti-hediyye-edib

Putin Kim Çen Inın səfərindən sonra ona ölkənin yerli istehsalı olan “Aurus” markalı avtomobil hədiyyə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR