Ermənistanın atdığı addımlar sülhə xidmət etmir - Ekspert

"Ermənistan öz fəaliyyətində ciddi dəyişiklik etməsə, növbəti dəfə çox sərt şəkildə cəzalandırılacaq".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Fransanın bu gün həyata keçirdiyi Cənubi Qafqaz siyasəti Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına real maneələr törədir:

"İşğal tarixinə malik olan Ermənistanın yenidən silahlanması, rəsmi İrəvan üçün böyük problemlər yarada bilər. Daha əvvəl törədilən təxrİbatlar nəticəsində böyük ərazi, şəxsi heyət, texnika itkilərinə məruz qalan Ermənistan növbəti dəmir yumruq zərbəsini almaq üçün əlindən gələni edir. Buna həm Fransadan yeni alınan silahlar, həm də Naxçıvan istiqamətində atəşkəsin intensiv pozulması kifayət qədər mümkün şərait yaradır".

Ötən ilin anti-terror tədbirlərindən sonra hazırda şərti dövlət sərhəddində, xüsusilə də Naxçıvan istiqamətində vəziyyət kifayət qədər gərginləşib. Ermənistanın atdığı addımlar heç bir halda sülhə və sabitliyə xidmət etmir".

Ekspert qeyd edib ki, sülhdən bəhs edən Ermənistanın Fransadan hücum silahları alması, birmənalı şəkildə Azərbaycana qarşı revanş xidmətlərindən xəbər verir:

"Azərbaycan da alınacaq silahların zamanında və harda yerləşməsindən aslı olmayaraq zərərsizləşdirilməsi hüququnu özündə saxlayır. Çünki biz, heç bir halda imkan verə bilmərik ki, Ermənistanın əldə etdiyi hücum silahları Azərbaycan əsgərinin həyat və sağlamlığına təhdid yaratsın".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı