Azərbaycan avtomobil idxalına 4.3 mlrd. dollardan çox xərc çəkib

2020-2023-cü illərdə Azərbaycana ümumilikdə 4 milyard 321,3 milyon ABŞ dolları dəyərində 315 min 471 ədəd avtomobil idxal edilib.

Metbuat.az xəbər verir ki, 2020-2023-cü illərdə ölkəyə 154 milyon 723 min ABŞ dolları dəyərində 3915 ədəd yalnız elektrik mühərriki ilə işləyən avtomobil idxal edilib.

    Qeyd edək ki, bu dövrlərdə idxal edilən elektromobillərin 79%-i və ya 3102 ədədi ölkəyə ötən il gətirilib.

    Hesabat dövründə ölkəyə 371 milyon 234,6 min ABŞ dolları dəyərində 21 min 592 ədəd yük avtomobilləri idxal edilib.

    Xatırladaq ki, cari ilin yanvar-may ayları ərzində Azərbaycana ümumilikdə 648 milyon 458 min ABŞ dolları dəyərində 35 min 570 ədəd avtomobil idxal edilib. Bu avtomobillərin 3335 ədədi yük avtomobilləri, 1250 ədədi isə elektromobillərdir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR