İyunun 21-də riyaziyyat fənni üzrə keçirilən sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsində iştirak edən müəllimlərdən kəsilənlərin sayı çox azdır.
Metbuat.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, kifayət qədər yaxşı göstəricidir:
"Bu günə qədər 40 600 müəllim sertifikasiyada iştirak edib. Onların 88 faizi uğur qazanıb, 21 faizdən çoxu isə 51-60 bal arası nəticə göstərib. Hesab edirik ki, bundan sonra da müəllimlərin təkmilləşdirilməsi prosesi daha yaxşı olacaq, nəticələri yüksələcək".