Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.
Metbuat.az-ın məlumatına görə, Niderland millisi Avstriya ilə üz-üzə gəlib. Qarşılaşma "narıncılar"ın məğlubiyyəti ilə bitib - 2:3.
Qrupun digər görüşündə Fransa Polşa ilə heç-heçə edib - 1:1.
Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək.
D qrupu
Avstriya - 3 2 0 1 6-4 6
Fransa - 3 1 2 0 2-1 5
Niderland - 3 1 1 1 4-4 4
Polşa - 3 0 1 2 3 3:6 1