"Real"dan gedən ulduz futbolçu bu klubla anlaşdı

"Real Madrid"dən ayrılan təcrübəli mərkəz müdafiəçisi Naço Fernandes Səudiyyə Ərəbistanına transfer olmaq üzrədir.

Metbuat.az xəbər verir ki, "Əl-İttihad" klubunun futbolçu ilə razılıq əldə etdiyi deyilir. Digər iddiaya görə, Səudiyyə Ərəbistanının "Əl-Kadisyah" klubu futbolçunu razı salıb. Lakin hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Naço Fernandes 2012-ci ildən Madrid "Real"ının şərəfini qoruyur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR