Manatla geniş pul kütləsi 13% artıb

Bu il iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 44 milyard 847,6 milyon manat təşkil edib.

Metbuat.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, aylıq müqayisədə 0,9 % az, ilin əvvəlinə nisbətən 0,5 % az, illik müqayisədə isə 8,4 % çoxdur.

O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi mayın sonuna 34 milyard 409,4 milyon manat təşkil edib. Bu, aoprelin sonuna olan analoji göstəricidən 0,4 % çox, ilin əvvəlinə nisbətən 2,7 % az, illik müqayisədə isə 13,3 % çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı