Qalmaqallı görüntülərdəki qadın danışdı: "Məni sürüyərək apardılar" - VİDEO

Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında söküntü işləri zamanı yaranan qalmaqalın bəzi detalları məlum olub.

Metbuat.az xəbər verir ki, ev sahibi Afət Quliyevanın sözlərinə görə, “İbrahim Q” MTK tərəfindən aparılan söküntü işləri zamanı ona heç bir məlumat verilməyib və bununla bağlı məhkəmə qərar çıxarmayıb: “Evdə tək idim, heç bir xəbərdarlıq olunmadan axşam saatlarında mənzilin elektrik enerjisini kəsdilər. Qonşularım enerjini bərpa etdikdən qısa müddət sonra 35 nəfərdən ibarət işçi qrupu traktorla vurub evi dağıtdılar. Məni isə sürüyərək döyə-döyə apardılar. Bütün zinət əşyalarım, pullarım dağıntılar altında qalıb”.

Ətraflı Baku tv-nin sujetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı