Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

İyulun 4-ü saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

Bu barədə Metbuat.az-a Milli Hidremeteorologiya İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Əlibəydə(Zaqatala) 12 mm, Şahdağda 10 mm, Ordubad, İsmayıllı, Şahbuz, Culfa, Balakən, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Xaçmaz, Xaltan, Şabran, Astarada 5 mm-dək olub.
İyulun 3-də qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Naxçıvanda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda 20-25 dərəcəyə isti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı