Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində sirli bina yerləşir.
Metbuat.az xəbər verir ki, qəzalı vəziyyətdə olan bu bina ilə bağlı sosial şəbəkələrdə müəyyən fərziyyələr yayılıb.
Bəziləri binanın içərisinin siçanlarla dolu olduğunu deyir, bəziləri isə binada ruhların dolaşdığını bildirirlər.
Qeyd edək ki, sözügedən bina vaxtilə Xarici Dillər Universitetinin alman dili korpusu olub. Daha sonra bina yataqxana kimi fəaliyyət göstərib.
Binanın təmiri ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikili onların balansında deyil, tarixi bina olduğu üçün Mədəniyyət Nazirliyinin nəzarətindədir. Həmin qurumun Media və kommunikasiya şöbəsinin əməkdaşı Türkan Cəfərova isə qeyd edib ki, tikili tarixi bina kimi qorunsa da, özəl mülkdür. Ona görə də həmin binada təmir işləri aparmaq onların səlahiyyətində deyil.
Daha ətraflı Baku TV-nin videosunda: