Küləklə bağlı sarı xəbərdarlıq elan edildi

İyulun 6-sı axşamdan 8-i gündüzədək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Metbuat.az bildirir ki, sarı xəbərdarlığa uyğun olaraq Sədərək, Şərur, Kəngərli, Ağstafa, Qazax, Şəmkir, Tovuz, Samux, Gədəbəy, Bərdə, Tərtər, Göygöl, Ağdam, Yevlax, Mingəçevir, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qaxda fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Culfa, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Daşkəsən rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı