Bacısına 21 bıçaq vuran 17 yaşlı məhbus danışdı - DETALLAR

"Atam rəhmətə gedəndən sonra bizə nənəm baxıb. Anam bizi atmışdı, başqa ailə qurmuşdu. Bir müddət sonra Qaxa gəldik, mən də ofisiant işlədim. Əmim fermada işləyirdi. Əmimə, nənəmə işlərdə kömək edirdim".

Metbuat.az bildirir ki, bu sözləri bacısını qətlə yetirdiyi üçün Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasında cəza çəkən 17 yaşlı məhkum deyib:

"Bacım öz istəyi ilə nişanlandı. Sonra başqa yollara əl atdı. Götürmədim onun elə olmağını. Yatdığı yerdə gedib vurdum".

Qətl iki il əvvəl Qaxda baş verib. Bacısının rəfiqəsi ilə yazışmasını görən Ruslan (şərti ad) onun əxlaqsız yola düşdüyünü fikirləşir. Kirayə qaldığı evə gələrək, bacısına 21 bıçaq zərbəsi vurur. Ona 10 il həbs cəzası verilir.

Ətraflı İTV-nin sujetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı