"Özümü Allahın işığı və vasitəçisi kimi görürəm" - Fenomen psixoloq

"Mənim dini inancım 34 ildə çox dəyişikliyə məruz qaldı. Gah müsəlman, gah deist, gah da ateist oldum".

Metbuat.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində psixoloq Nizami Orucov söyləyib.

Allahın varlığına inandığını deyən psixoloq hər hansı dinə mənsub olmadığını bildirib:

"Mən əvvəllər Allaha inanırdımsa və yaxud inancımı itirirdimsə, bu gün onu bilib, tanıyıram. Elmdə, insan beyninin, təbiətinin işləmə funksiyalarında, hər şeydə Allahı görürəm və hər kəsə möcüzə kimi baxıram. Amma deyə bilmərəm ki, hansısa dini inancın tərəfindəyəm. Çünki istənilən dini inancın arxasında insan psixologiyasının funksiyalarını görürəm. O qadağalarda, ölümə dəvətlərdə görürəm ki, çoxlu insan uydurması var. Mənim bildiyim Allah məndən bunları tələb etməz. Mənim bildiyim Allah ona baş əyməyimi tələb edə bilməz. Ona görə də mən özümə hər hansısa dinin nümayəndəsi deyə bilmərəm. Amma Allahın varlığına və mütləqliyinə tam qəlbimlə inanıram, özümü Allahın işığı və vasitəçisi kimi görürəm".

Ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı