İcmal büdcəsində 6 milyard manatdan çox qalıq yaranıb

Bu ilin I yarısında Azərbaycanın icmal büdcəsinin gəlirləri 24 milyard 352,5 milyon manat, xərcləri isə 18 milyard 198,9 milyon manat təşkil edib.

Metbuat.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,1 % az və 15,8 % çoxdur.

Son nəticədə icmal büdcədə 6 milyard 153,6 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 44,4 % azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı