II Liqada çıxış edəcək 14-cü komanda bilindi

Azərbaycan çempionatının II Liqasında oynayacaq 14-cü komanda bəlli olub.

Metbuat.az xəbər verir ki, buna AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) və PFL (Peşəkar Futbol Liqası) birgə qərar veriblər.

Qurumlar II Liqada komanda sayının optimallaşdırılması məqsədilə müzakirələri yekunlaşdırıblar. Yarışda çıxış edəcək 14-cü komandanın "Şəfa" olması qərara alınıb.

Qeyd edək ki, bu, "İrəvan"ın AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə bütün yarışlardan kənarlaşdırıldığı üçün baş verib. II Liqada 13-cü yerin sahibi olan və pley-offda uduzan "Şəfa" çempionatda saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR