İşgəncələrlə bağlı təbliğat gücləndirilməlidir - Komitə sədri

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Balakəndə Qeyri-Hökumət Təşkilatıarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan Alveri və İşqəncələr” adlı layihə çərçivəsində marifləndirmə tədbiri keçirib.

Komitədən Metbuat.az-a verilən məlumata görə, tədbirdə komitə sədri Tural Hüseynov, təlimçi Bəxtiyar Həsənov, ekspert Vahab Həbibov və reqional rəhbər Mahir Bağırov iştirak ediblər.

Rayon icra hakimyyətinin, polis şöbəsinin əməkdaşları və Balakən şəhər şəhər ictimaiyyəti fəallarının qatıldığı tədbirdə çıxış edən komitə sədri layihənin məqsədi barədə məlumat verib.

T. Hüseynov bildirib ki, ölkədə “insan alverinə və işgəncənin və qeyri-insani, ləyaqəti alçaldan, cəzanın qarşısının alınması üzrə geniş tədbirlər keçirilir: "Azərbaycanda bununla bağlı qanunvericilik bazası da lazımi səviyyədədir. Bu istiqamətdə görülən tədbirlər müsbət nəticəsini verir. Bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alveri qurbanlarının reabilitasiyası, onlar üçün müəyyən sığınacaqların yaradılması, həmin şəxslərin maarifləndirilməsində iştirak edir, bu sahədə lazımi işlər görürlər. Amma buna baxmayaraq, bu sahədə marifləndirmə tədbirləri daha da gücləndirilməli, ictimaiyyət arasında geniş təbliğat aparılmalıdır. Əhali bu istiqamətdə yüksək səviyyədə maariflənməlidir".

Daha sonra təlimçi Bəxtiyar Həsənov son illər ölkədə İnsan Alverinə və İşgəncələrə Qarşı Mübarizə ilə bağlı geniş təlim keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı