Banklararası bazarın həcmi 10 mlrd. manatı ötdü

Mərkəzi bank pul siyasətinin alətlərini uğurla tətbiq edir. Bizim əsas istinad fazi indeksimiz AZIR indeksidir, yəni bu təminatsız bir günlük banklararası bazarda formalaşan indeksdir. Cari ilin iyul ayında bu seqment üzrə bir aylıq həcm 10 milyard manatı ötüb.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib:

    "Bizim üçün əsas həcm deyil, bizim üçün əsas odur ki, həmin indeks uçot dərəcəsinin ərtafında formalaşsın və biz cari ildən buna nail ola bilmişik", - deyə AMB sədri əlavə edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı