Şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi daim qəlbimizdə yaşayacaq

20:13 19 Yanvar 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyində, eləcə də nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarda - “İstehlak Mallarının Ekspertizası” MMC, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, yanvarın 19-da Sahibkarlığa Kömək Milli Fondu, Bakı Biznes Tədris Mərkəzi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, AZPROMO və “Təmiz Şəhər” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Mərasimlərdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklərin və Azərbaycan xalqına qarşı həyata keçirilən qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulanıb. Bildirilib ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz edib, törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.
Çıxış edənlər dövlət tərəfindən şəhid ailələrinə və əlillərinə göstərilən qayğı və diqqət yüksək qiymətləndirilmiş, azadlıq mübarizəmizin şanlı səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağı, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçən və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidlik_zirvesine_yukselmis_insanlarin_xatiresi_daim_qelbimizde_yasayacaq-825908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR