Şəhid atası deputatlığa namizəd oldu - FOTO

Şəhid leytenant Məmməd Zamanlının atası deputatlığa namizəd olub.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, artıq Rəhman Zamanlının deputatlığa namizədliyi qeydə alınıb. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərdə 13 saylı Püsyan seçki dairəsindən namizəd olub.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Füzuli döyüşlərində şəhid olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR