Məktəbli formaları neçəyə satılacaq? - YENİ QİYMƏT

"Məktəb formalarının qiymətində heç bir artım olmayacaq".

Bunu Metbuat.az-a açıqlamasında "Bakı Tikiş Evi"nin satış müdiri Etibar Əzimov deyib. O bildirib ki, istehsal olunan məktəbli şalvarları və ətəklərin qiymətində 20 faiz endirim edilib:

"Bu sezondan şalvar və ətəklər 25 manatdan 20 manata endirilib. Hazırda bizim bütün satış mərkəzlərimizdə məktəbli şalvarı və ətəkləri 20 manata, köynək isə 15 manata satılır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı