Azərbaycan elektrik enerjisinin idxalını 29%-dək azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 522,1 mln. kVt-saat elektrik enerjisi ixrac edib, bu da illik müqayisədə 2,45 dəfə azdır.

Bu barədə Metbuat.az Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə ölkə 112,4 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,7% azdır.

Qeyd olunur ki, bu ilin iyul ayında elektrik enerjisinin idxalı 16,9 mln. kVt-saat, ixrac isə 78,9 mln. kVt-saat təşkil edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR