Ançelotti Arda Gülərdən buna görə üzr istədi

Ötən gün İspaniya çempionatının ilk turunda "Malyorka" ilə 1:1 bərabərliyə qalan "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti tənqidə tuş gəlib.

Metbuat.az xəbər verir ki, italiyalı mütəxəssis dəyişiklikləri gec etməkdə günahlandırılıb. O, matçın 82-ci dəqiqəsində Arda Gülər, Brahim Diaz və Lukas Vaskezi meydana buraxmaq istəsə də, oyunun durmaması səbəbindən dəyişiklik yalnız 87-ci dəqiqədə baş tuta bilib. Qalan dəqiqələrdə də qol vura bilməyən madridlilər heç-heçəyə razılaşmalı olublar.

Bildirilir ki, Karlo Ançelotti kamera qarşısında olmasa da, soyunub-geyinmə otağında dəyişiklikləri gec etdiyini qəbullanıb. Onun türk futbolçu Arda Gülərlə söhbət etdiyi və ondan üzr istədiyi qeyd edilib.

Qeyd edək ki, "Atalanta" ilə keçirilən Superkubok matçından sonra Ançelotti Ardaya daha çox şans verəcəyini demişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı