Meyiti tapılan vəzifəli şəxs onun oğlu imiş - FOTO

Bakıda vəzifəli şəxsin meyiti tapılıb.

Metbuat.az İqtisadiyyat.az-a istinadən bildirir ki, meyit Nəsimi rayonu ərazisində aşkar olunub. Meyitin 1979-cu il təvəllüdlü Sədi Zöhrablıya məxsus olduğu məlum olub. Məlumata görə, onun meyiti icarəyə götürdüyü obyektdə aşkar olunub.

Mərhumun "Atasığorta” şirkətində departament direktoru vəzifəsində çalışdığı bildirilib.

Qeyd edək ki, S.Zöhrablının atası Fail Məmmədov Azərbaycanın Əməkdar həkimidir və uzun müddət cərrah kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı