Azad edilmiş ərazilərdə çəkilən "Azərbaycan" mahnısının klipi təqdim olundu

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə "Zəfər üçün oxu" layihəsi çərçivəsində hazırlanan klipin təqdimatı olub.

Metbuat.az xəbər verir ki, çəkilişləri azad edilmiş ərazilərdə baş tutan klipin təqdimat mərasimi "Nizami" Kino Mərkəzində" keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, qazilər, hərbçilər və vətəndaşlar iştirak edib.

Bildirilib ki, layihənin məqsədi vətən sevgisi, zəfər sevincini dinləyicilərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, eyni zamanda Qarabağ uğrunda döyüşən igidləri bir araya gətirməkdir.

“Zəfər üçün oxu!” layihəsi çərçivəsində “Azərbaycan” mahnısı ərsəyə gətirilib. Mahnının sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqisi Bəbir Bəbirliyə məxsusdur.

"Azərbaycan" mahnısını "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", o cümlədən "Vətən mübaribəsi istirakçısı" medalları ilə təltif olunan III qrup Qarabağ əlili Məbud Əhmədov, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Murad Bayramlı, “Füzulinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan Cahangir Əliyev ifa edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR