Bəhruz Səmədov dövlətə xəyanət ittihamı ilə həbs olundu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan gənc politoloq Bəhruz Səmədov cinayət məsuliyyətinə cəlb edilib.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə B.Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı