Kurskda nüvə faciəsi baş verə bilər - Xəbərdarlıq

Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Qrossin Rusiyanın Kursk bölgəsindəki atom elektrik stansiyasına baxış keçirərkən narahatlıqlarını ifadə edib.

Metbuat.az xəbər verir ki, Qrossi Kursk AES-də apardığı araşdırmalardan sonra Rusiya mətbuatına açıqlama verib. Səfəri zamanı stansiyanı və ətrafını ziyarət etmək fürsəti əldə etdiyini bildirən Qrossi, “Bu gün gördüklərimə əsasən deyə bilərəm ki, stansiya normal vəziyyətə çox yaxın işləyir” deyə bildirib. Kursk AES-də istifadə edilən reaktorun saxlama avadanlığının olmadığını vurğulayan Qrossinin sözlərinə görə, saxlama avadanlığının olmaması o deməkdir ki, reaktor nüvəsi demək olar ki, adi binada yerləşir və artilleriya və ya pilotsuz uçuş aparatı hücumlarına qarşı çox həssasdır. Qrossi stansiyaya PUA hücumları ilə bağlı məlumat aldığını açıqlayaraq "Mən də stansiyada olarkən bu hücumların izlərini gördüm. Bura gəlməyimin səbəbi hazırda Kursk bölgəsi yaxınlığında qarşıdurmaların olmasıdır. Kursk vilayətində nüvə insidentinin baş verməsi təhlükəsi var” deyə qeyd edib.

Qeyd edək ki, Ukrayna Kursk əməliyyatında 100-dən çox yaşayış məntəqəsini ələ keçirildiyi açıqlayıb. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kurskdakı vəziyyət bir gün dialoq yolu ilə bitəcək müharibədə əllərini gücləndirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı