Ruslar bu istiqamətlərdə irəlilədi - KİV

Rusiya qüvvələri Pokrovski istiqamətində mühüm taktiki irəliləyiş əldə etdilər.

Metbuat.az bildirir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb. Qeyd olunur ki, Rusiya qüvvələri son təsdiqlənmiş mövqelərindən Dubinina küçəsi ilə şimal-qərb Novoqrodovkaya (Pokrovskdan cənub-şərq) iki kilometrdən çox irəliləyiblər. Rusiya hərbçiləri hazırda şəhərin mərkəzi hissəsində mövqe tuturlar.

Avqustun 27-dən olan geolokasiya görüntüləri təsdiq edir ki, Rusiya qüvvələri son təsdiqlənmiş mövqelərindən Dubinina küçəsi ilə şimal-qərb Novoqrodovkaya (Pokrovskdan cənub-şərq) iki kilometrdən çox irəliləyiblər. Beləliklə, ruslar indi şəhərin mərkəzi hissəsində mövqe tuturlar.

Digər geolokasiya görüntüləri rusların Qrodovkanın cənub-şərqində (Pokrovskdan şərqdə və Novoqrodovkanın şimal-şərqində) bir qədər irəlilədiyini və Kalinovo şəhərinin (Pokrovskdan daha cənub-şərqdə və Novoqrodovkanın cənub-şərqində) tutulduğunu göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR