"Əl Nəsr"dən ayrıldı, "Fənərbağça"ya təklif edildi

Braziliyalı sol cinah müdafiəçisi Aleks Telles üçün "Əl Nəsr" macərası rəsmən başa çatıb.

Metbuat.az bildirir ki, Səudiyyə Ərəbistanı klubu 31 yaşlı futbolçu ilə yollarını ayırıb. Klubun verdiyi açıqlamada Aleks Tellesin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Braziliyalı futbolçunun Səudiyyə Ərəbistanı komandası ilə 2025-ci ilə qədər müqaviləsi var idi.

Aleks Telles 38 matçda "Əl Nəsr"in formasını geyinib. Təcrübəli sol cinah müdafiəçisi bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, türk medasında yayılan iddialara görə, Telles meneceri vasitəsi ilə "Fənərbağça"ya təklif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı