"Fənərbaxça"nın istədiyi futbolçu qərarını verdi

"Bavariya"nın ulduz futbolçusu Kinqsli Koman transfer barədə qərarını verib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" klubunun da transfer etmək istədiyi futbolçu Avropadan getməyə qərar verib. Səudiyyə mətbuatında yer alan xəbərə görə, Avropada transfer pəncərəsinin bağlanması ilə ərəb komandaları hərəkətə keçib. “Əl-Hilal” Kinqsli Komanla razılığa gəlib.Ulduz futbolçu Avropada transfer bazarı bağlandığı üçün Səudiyyə komandasına keçməyə razılıq verib. “Bayern Münhen” ulduz futbolçu üçün 45 milyon avro transfer haqqı tələb edib.

Qeyd edək ki, Koman bu mövsüm “Bayern Münhen”də 3 matçda 73 dəqiqə meydanda olub və 1 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı