Rusiya-Çin münasibətlərini izləyirik - Kirbi

Birləşmiş Ştatlar Rusiya və Çin arasında quru, hava və dənizdə birgə təlimlər də daxil olmaqla, son illərdə möhkəmlənən müdafiə əlaqələrinin inkişafını izləyir.

Metbuat.az bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Onun sözlərinə görə, Çin və Rusiya arasında əməkdaşlığın dərinləşməsinə baxmayaraq, hər iki ölkə tarixən həm regionda, həm də dünya miqyasında bir-birinə tam etibar etməyib:

"Biz bütün digər təlimlər kimi onları da izləyəcəyik, lakin mən düşünmürəm ki, bu iki ölkənin, xüsusən də hərbi sahədə uzun müddət birgə işləmək tarixi var. Onlar regionda hər zaman bir-birinə tam etibar etməyən iki ölkədir".

O, həmçinin vurğulayıb ki, bu təlimlər çoxdan planlaşdırılıb və ABŞ üçün ciddi narahatlıq yaratmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı