Qalatasaray Super Liqada transfer dövrünün bitməsinə az qalmış çalışmalarını davam etdirir.
Metbuat.az bildirir ki, sarı-qırmızılı komandanın transfer gündəmindəki futbolçulardan biri olan Nikola Zalevski gələcəyi ilə bağlı qərar verib. Canluka Di Marzionun xəbərinə görə, polşalı futbolçu "Roma"da qalacaq. Bildirilib ki, “Qalatasaray”ın təklifi yaxşı olsa da, Zalevski komandada qalmağa qərar verib.
"Roma"nın "Qalatasaray"la transferdə razılaşdığı, lakin Zalevskinin ayrılmaq niyyətində olmadığı deyilir. "Qalatasaray"ın digər transfer namizədlərinin Fode Ballo Ture və Mario Rui olduğu qeyd edilib.