İKT sektorunda məhsul istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sektorunda 1 milyard 428,9 milyon manatlıq məhsul istehsal edilib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.

Təkcə avqust ayında isə bu sektorda 190,3 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9,4 % çoxdur.

İnformasiya və rabitə sahələrinin ÜDM-də payı 1,8 % təşkil edib.

Xatırladaq ki, bu ilin ilk 8 ayında Azərbaycanda 80 milyard 960,3 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı