Əhalinin xərcləri 87 milyard manata çatacaq

2025-ci ildə Azərbaycanda əhalinin nominal xərclərinin 86,5 milyard manata çatacağı proqnozlaşdırılır.

Metbuat.az bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir.

Məlumata görə, ölkədə əhalinin xərcləri 2026-cı ildə 93,3 milyard manata, 2027-ci ildə 100,4 milyard manata, 2028-ci ildə isə 107,9 milyard manata çatacaq.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin eyni dövrü müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 %, qeyri-ərzaq malları üzrə 5,5 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı