Yeni ştam karantinə səbəb ola bilər? - AÇIQLAMA

İyun ayında Almaniyada aşkar edilmiş koronavirusun "XEC" ştamına yoluxma Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə qeydə alınıb. Bu ştam nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı Metbuat.az-a danışan professor Adil Qeybulla bildirib ki, əslində "XEC" ştamı "Omikron"un növlərindən biridir:

"İlk dəfə Almaniyada aşkar olunub. Amma bunun pandemiya yaratmaq imkanı yoxdur. Çünki "Omikron"un sonuncu mutasiya etmiş variantıdır. Bu mutasiyalar davam etsə də, virus get-gedə zəifləyir".

Adil Qeybulla qeyd edib ki, xırda epidemik ocaqlar ola bilər:

"Bu cür mutasiya ştamları yetərincə var. Koronavirus hələ də davam edir. Azərbaycanda da var. Başqa ölkələrdə də var. Pandemiya başa çatsa da, proses hələ tam sona çatmayıb. Ehtimal olunmur ki, xüsusi karantin tədbirlərinə ehtiyac olsun. Amma hər halda virus geniş yayıldığı təqdirdə müəyyən karantin qaydalarını gözləməyə ehtiyac yarana bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı