Qarabağ Universitetinin fakültələri Şuşa və Xocalıya köçürülür

“Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya köçürüləcək”.

Metbuat.az xəbər verir ki, bu sözləri Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.

    O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır: “1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmlərdir. Universitetimi qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq”.

    Rektor universitetin aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı