Minlərlə abonentin qaz təchizatı dayandırılacaq

Sabah İmişli rayonunda 8931 abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə Metbuat.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verib.

Məlumata görə, sentyabrın 25-də saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 7 kəndində - Yalavac, Şəkərli, Cəfərli, Muradxanlı, Əliqullar, Oruclu, Ağaməmmədli kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatının dayandırılması “İmişli 1” qaz ölçü qovşağından qidalanan diametri 315 mm və diametri 160 mm-lik PE orta təzyiqli qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR