Prezident bu qurumla bağlı Fərman imzaladı

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı artırılıb. Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87 milyon 700 min manat hesabına təmin ediləcək.

Maliyyə Nazirliyinə bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Fond bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı