"AYNA bacarmır" dedi, Şükürov quruma dəvət edildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Əməkdar artist Ədalət Şükürovun Bakı yolları ilə bağlı açıqlamasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Qurumdan Baku.ws-ə bildirilib ki, Əməkdar artist Ədalət Şükürovun fikirlərinə hörmətlə yanaşırlar və onun təkliflərini dinləməyə hazırdırlar.

"Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.

Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.

Belə bir kontekstdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik", - deyə qurumdan bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı