​İran üçün heç bir qırmız xətt yoxdur - Əraqçi

"İranın maraqlarını qorumaq üçün heç bir qırmızı xətləri yoxdur".

Metbuat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“ABŞ İsrailə rekord miqdarda silah tədarük edib. İndi onlar öz əsgərlərini Amerika raket sistemlərinə nəzarət etmək üçün İsrailə göndərməklə onların həyatını riskə atacaqlar. Biz son günlər regionumuzda genişmiqyaslı müharibənin qarşısını almaq üçün böyük səylər göstərmişik. Aydındır ki, xalqımızı və maraqlarımızı qorumaqda qırmızı xətlərimiz yoxdur”, - o, X sosial şəbəkəsində yazıb.Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Alirez Tanqsirib, SEPAH-ın İsrail ordusu ilə birbaşa qarşıdurma baş verəcəyi təqdirdə bir neçə plan hazırladığını bəyan edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı