"Fənərbaxça"ya dönəcəyi iddia edilən Arda Güler karyerası ilə bağlı qərar verib.
Metbuat.az xəbər verir ki, Arda “Real Madrid”də qalmaq istəyir. Türkiyə mediasının məlumatına görə, Ardanın məqsədi yaxşı oyun nümayiş etdirərək, “Real”da əsas heyətə düşməkdir. Bildirilir ki, Arda bütün diqqətini məşqlərə yönəldib. Qeyd edək ki, Arda Gülerin “Real”da xoşbəxt olmadığı irəli sürülür. Baş məşqçi Karlo Ançelotti bu mövsüm Ardaya 291 dəqiqə şans verib.
İddialara görə, Ançelotti Ardanı oynatmadığını onun müdafiə tərəfinin zəif olması ilə əlaqələndirib. “Fənərbaxça”nın mövsümün fasiləsində Ardanı mövsümün sonuna qədər icarəyə götürümək istədiyi iddia edilir.