Ermənistan Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir - Lavrov

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün birbaşa əlaqə qurmaq istəyir.

Metbuat.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda "3+3" regional platformasının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı vurğulayıb ki, İrəvan və Ankara arasında münasibətlərin normallaşması istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır. Ona görə də görüşdə bu məsələləri kompleks şəkildə müzakirə etmək və iştirakçı ölkələri mümkün qədər tez razılığa gəlməyə təşviq etmək təklif olunub.

O, həmçinin qeyd edib ki, əvvəllər Ermənistan və Türkiyə tərəfləri arasında danışıqlar prosesinin başlanmasına Rusiya və İran yardım göstərib, lakin hazırda hələlik görüşlər planlaşdırılmır.

"Erməni həmkarlarımız fasilə götürüblər. Onlar hesab edirlər ki, indi Türkiyə tərəfi ilə birbaşa ünsiyyət qurmaq və nə etmək lazım olduğunu anlamaq lazımdır", - Rusiya XİN başçısı bildirib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı