​“Real” bu təklifə yox deyə bilməyəcək - Qvardiola Arda üçün gəlir

“Real Madrid”də az oyun şansı əldə edən Arda Gülerin mövsümün sonunda klubdan ayrıla biləcəyi irəli sürülür.

Metbuat.az xəbər verir ki, Ardanı transfer etmək üçün üç klubun hərəkətə keçdiyi iddia edilib. “Fichajes”də dərc edilən xəbərə görə, Arda Güleri, Bundesliqa çempionu “Bayer Leverkuzen”, Premyer Liqa nəhəngləri “Arsenal” və “Mançester Siti” yaxından izləyir. Xəbərdə deyilir ki, “Bayer Leverkuzen” Virtzi satarsa əvəzində Arda Güleri heyətinə qatmağa çalışacaq. “Arsenal”ın isə həm yarımmüdafiədə, həm də sağ cinahda oynaya biləcək futbolçuya ehtiyacı olduğu vurğulanıb və bu mövqe üçün Arda Gülerin yaxşı variant olduğu bildirilib. Xəbərə görə, “Mançester Siti” Arda Güleri almağın sərmayə olduğunu hesab edir. Ardanın Kevin de Bruynenin əvəzedicisi ola biləcəyi qeyd edilir. Klubların əsas heyət zəmanəti verəcəyi təqdirdə Ardanın klubdan ayrılacağı iddia edilir.

Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”də 11 matçda forma geyinib. O, bu matçlarda nə qol vura, nə də assist edə bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR