​Avropa ölkələri Türkiyədəki terror aktını qınadı

Avropa ölkələri Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terror aktını qınayıb.

Metbuat.az xəbər verir ki, İrlandiya, Fransa, Albaniya, Serbiya, Bosniya və Herseqovina, Kosovo və Monteneqro bununla bağlı mesaj yayımlayıb. İrlandiya Xarici İşlər Nazirliyinin X hesabında edilən paylaşımda "İrlandiya Türkiyədə baş verən ölümcül hücumu pisləyir" - deyə bildirilib. Mesajda türk xalqına başsağlığı verilib. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında çoxlu sayda insanın yaralanması və ölməsinə səbəb olan terror aktının pisləndiyi bildirilib. Bəyanatda Fransanın Türkiyə ilə həmrəy olduğu, terrorla mübarizədə tərəfdaşlarına və Türkiyəyə dəstək verdiyi bildirilib.

Albaniyanın baş naziri Edi Rama terror aktı ilə bağlı mesajında, "Albaniya qardaşımız və NATO müttəfiqimiz Türkiyənin yanındadır. Terroru qınayırıq. Türkiyə Respublikasının bu qorxaq hücumdan daha güclü çıxacağına inanırıq” - deyə yazıb. Serbiya Prezidenti Aleksandr Vuçiç də Türkiyədəki terror aktını qınayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı